Ziya Məmmədovun qoçuları daha bir sürücünü öldürdü

img

14-10-2012 [06:37]


Bu gün saat 13:10 radələrində metronun 20 yanvar stansiyasının yaxınlığında taksi sürücüsü olan 57 yaşlı Qəhrəman Paşayev Nəqliyyat Nazirliyinin qoçuları ilə mübahisə etdiyi zaman qəfil halı pisləşib. Ani baş verən hadisədən dərhal sonra o, yerə yıxılıb. Ətrafdakılar hadisənin mahiyyətini anlayana qədər Paşşayev ürək tutmasından dünyasını dəyişib. Mia.az xəbər verir ki, hadisə yerində danışılan söhbətlərə görə, Qəhrəman Paşayevin idarə etdiyi avtomobilin yol kənarında saxlayarkən qəfildən Ziya Məmmədovun rəsmi formada olmayan idmançı görkəmli əməkdaşları zorla onun maşınından açarı çıxarıblar. Onlar sürücüdən sənədləri də tələb edib. Bu fakt üzrə başlanan mübahisə isə sürücüsünün ölümü ilə bitib. Hadisədən dərhal sonra isə qoçuların qaçdığı da bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA