Orta məktəbdə kütləvi zəhərlənmə olub

img

12-10-2012 [01:58]


Xırdalan şəhərində yerləşən 9 saylı orta məktəbdə kütləvi zəhərlənmə olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 11-də Abşeron rayon sakinləri Nuranə Abbasova, Nazlı Əhmədzadə, Səma Qurbanova və Xırdalan şəhərindəki 9 saylı Orta Məktəbin 7-ci sinif şagirdləri Məmməd Məmmədov, Fatimə Məmmədova, Xanlar Balayev, Kərim Vəlizadə, Cəlil Cabbarov, Nicat Balabəyzadə, Zümrüd Mustafalı, Məhəmməd Hacızadə, Saleh Kərimli, Günel Vəliyeva qidadan və dərmandan zəhərlənməsi ilə xəstəxanaya gətirilib. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda isə şagirdlərin hansı səbəbdən zəhərlənməsi araşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA