?Azərcell? generalın zirkətinə qarzı iddia qaldırıb

img

08-10-2012 [12:54]


?Azərcell Telekom? Məhdud Məsuliyyətli Cəmiyyəti Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini, general Əli Nağıyevin nəzarətində olduğu deyilən və bir müddət əvvəl fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılan ?Catel? Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia qaldırıb. Mia.az ?Reytinq? qəzetinə iestinadən xəbər verir ki, tərəflər arasındakı məhkəmə mübahisəsi artıq növbəti mərhələyə qədəm qoyub. Yəni tərəflərin borc üstündə çəkişməsi birinci məhkəmə instansiyasında araşdırılıb: ?Azərcell Telekom? MMC ?Catel?ə qarşı onların kanallarından istifadəsinə görə yaranmış borcun əsas hissəsi və gecikdirilmiş borca görə yaranmış faizləri və dəbbə pulu tələbindən bəhs edən iddia qaldırıb. Məsələnin maraqlı tərəflərindən biri də odur ki, ?Azərcell? ?Catel?ə qarşı qaldırdığı iddia ərizəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hüquqşünası Zaur Qəmbərovu da 3-cü şəxs qismində prosesə cəlb eləyib. Lakin ?Azərcell?in adıçəkilən qurumlara qarşı qaldırdığı iddia tələbləri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə tərəfindən məqbul sayılmayıb. Yəni borcun və dəbbə pulunun ödənilməsindən bəhs edən tələb əsassız sayılıb?. Məlumatlı şəxsin sözlərinə görə, ?Azərcell? birinci instansiya məhkəməsində uduzmasını şərtləndirən qətnaməni haqlı saymayıb və bu səbəbdən də qərardan apellyasiya şikayəti verib: ?Həmin şikayət artıq Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub. Hakim Valeh Ağayevin sədrliyi ilə oktyabrın 2-ə təyin olunan proses ayın 9-a keçirilsə də, hələki iş üzrə qərar elan olunmayıb?. Məlumatlı şəxs deyir ki, ?Azərcell? ?Catel?lə sonadək ?vuruşmaq? niyyətindədir: ?Əgər Bakı Apellyasiya Məhkəməsi ?Azərcell?in şikayətini təmin etməzsə, o zaman Ali Məhkəməyə də şikayət olunacağı gözlənilir?. Sonda onu da qeyd edək ki, bir neçə il əvvəl ?Catel?ə qarşı gözlənilməz basqılar oldu və sözügedən rabitə müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı. Hazırda ?Catel? çox məhdud səviyyədə fəaliyyətini davam etdirsə də, onun əvvəlki əhatə dairələrinin böyük hissəsi qapadılıb. Tərəflərin mövqeyini də dərc etməyə hazırıq. #287;ayevin s#601;rinin b

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA