Məhkəmə Nigar Yaqublunu yenə həbsdə saxladı

img

27-09-2012 [06:34]


Bu gün Sumqayıt Apelyasiya Məhkəməsi Müsavat Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublunun ev dustaqlığına buraxılmasına dair şikayətə baxıb. Müsavat Partiyasının informasiya mərkəzindən verilən məlumata görə, məhkəmə N.Yaqublu barəsində seçilən iki aylıq həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməməsinə dair Abşeron Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Onu da qeyd edək ki, məhkəmə prosesi qapalı keçirilib. Məhkəmə iclasının davam etdiyi zaman məhkəmə binasının önündə onun hüquqlarını müdafiə komitəsinin üzvləri, müsavatçı fəallar və ictimaiyyət nümayəndələri tolaşıb, Nigar Yaqubluya dəstək ifadə ediblər. Xatırladaq ki, bu il avqustunda talehsiz avtomobil qəzasına uğrayan müsavatçı fəal bu ayın 11-də həbs edilib, bundan əvvəlki məhkəmə iclaslarında onun ev dustaqlığına buraxılması barədə vəsatətlər rədd edilib.#601;dbirinin ev dustaql

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA