Bakıda bir nəfər elektrik dirəyindən yıxılaraq öldü

img

19-09-2012 [12:23]


Bakının Binəqədi qəsəbəsi, Yeni Yaşayış sahəsində Goranboy sakini bədbəxt hadisə nəticəsində ölüb. Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, mənzillərdən birinə elektrik xətti çəkilişi zamanı, Goranboy rayon sakini, 1991-ci il təvəllüdlü Nahid Vahid oğlu Aslanov elektrik dirəyindən yıxılıb. Nəticədə o, aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. ANS PRESS

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA