MTN-də saxlanılan Hacı Məmmədov qorxuya düzüb

img

17-09-2012 [04:59]


2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi ?Qara kəmər? əməliyyatı zamanı həbs olunan polis polkovniki Hacı Məmmədovun səhhəti normal deyil. Bu barədə Modern.az-a İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov deyib. Onun sözlərinə görə, H.Məmmədov şəkər xəstəsidir, qan təzyiqi ilə yaşayır, mədəaltı vəzində problemlər var. ?Amma o özünü təbii yolla müalicə edir. Hacı Məmmədov əvvəlki kimi heç kimlə görüşmək istəmir?, - deyə Elçin Behbudov deyib. Komitə sədrinin sözlərinə görə, sabiq baş əməliyyat müvəkkili Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında ayrıca kamerada saxlanılır: ?O özü MTN-nin təcridxanasında qalmaq üçün milli təhlükəszilik nazirinə məktubla müraciət edib. Hacı Məmmədovdan bizim komitəyə daxil olan məktubda da bildirib ki, onu Qobustan qapalı həbsxanasına köçürsələr, orada öldürəcəklər. Ona görə də öz istəyi ilə MTN-nin təcridxanasında qalır?. Hacı Məmmədovun cinayət işinə yenidən baxılması məsələsinə münasibət bildirən Elçin Behbudov bildirib ki, məhkumun bunun üçün müraciət etməyə haqqı yoxdur. Çünki onun bütün əməlləri tam sübuta yetirilib və qanunla ömürlük həbs cəzası verilib. Komitə sədri onu da bildirib ki, sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov İstintaq Təcridxanasının təlimatına uyğun olaraq müəyyən edilmiş bütün hüquqlarından istifadə edə bilir. Xatırladaq ki, keçmiş polis polkovniki Hacı Məmmədov adam oğurluqları və qətllərdə təqsirləndirilib. O, 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi ?Qara kəmər? əməliyyatı zamanı həbs olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA