Komitədən ?çudo Peçka?ya daha bir cavab verildi

img

17-09-2012 [04:50]


?Bildirmək istəyirəm ki, ?Çudo Peçka? MMC tərəfindən bizə indiyədək heç bir rəsmi məktub gəlməyib. Onların ?Facebook? səhifəsində yayımladıqları açıqlama əsassızdır. Görünür, həmin səhifənin administratoru qanunvericilikdən xəbərdar deyil. Biz qanunvericiliyə uyğun olaraq, Ədliyyə Nazirliyinin çıxarışı və komitənin səlahiyyəti daxilində həmin müəssisədə araşdırma aparmışıq. Nəticədə komitənin əldə etdiyi faktlar və müəssisədəki antisanitar vəziyyət ictimaiyyətə açıqlanıb?. Bu sözləri ?Yeni Müsavat? qəzetinə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib. O qeyd edib ki, ?Çudo Peçka? MMC-də araşdırmalar davam etdirilir: ?Min bir şəraitdən istifadə edən şirkətlər kimlər və hansılardırsa biz mütəmadi olaraq onları ictimaiyyətin diqqətinə çatdırırıq və fəaliyyətimizin əsasını şəffaflıq tutur. Qeyd etmək istəyirəm ki, biz hər hansısa bir müəssisədə apardığımız araşdırma barədə şirkətə bildiriş və ya razılaşma göndərməyə borclu deyilik. Bildirmək istəyirəm ki, araşdırmalarımız davam edir. Sabah ?Çudo Peçka? məhsullarının laborotor nəticələri ictimaiyyətə açıqlanacaq. Bildirim ki, bu dəfəki nəticələr də mənfi çıxıb. Bir sıra nöqsanlar aşkar edilib. Standartlara uyğun olmayan və normativ tələblərə cavab verməyən məhsulların istehsalı dayandırılacaq. Ancaq bu müəssisənin bağlanması bizim səlahiyyətimizə daxil deyil?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:17 05.06.2025

Pirquluda zəlzələ olub

12:10 05.06.2025

Sabah yağış yağacaq