Bakıda bar sahibi güllələndi (YENiLƏNiB)

img

13-09-2012 [11:25]


Bakıdakı barda güllələnmənin təfərrüatları məlum olub. Güllələnən Əhməd Həsənov mikrorayon ərazisində fəaliyyət göstərən ?Zero? barın sahibidir. Güllələnən Əhməd Həsənov dindirmə zamanı hüquq-mühafizə orqanlarına bildirib ki, hadisədən əvvəl barın yaxınlığındakı çayxanada oturubmuş. İşçiləri ona kiminsə barda onu axtardığını çatdırıblar. Əhməd bara gələn zaman həmin şəxs onu söyüb və ayağından atəş açıb. Barın içiləri həmin şəxsi tərksilah edərək tapançasını əlindən alıblar. Lakin Əhmədi qan apardığından işçilərin başı onu xəstəxanaya çatdırmağa qarışıb və bundan istifadə edən həmin şəxs aradan çıxıb ***10.13 Bakının Nəsimi rayonu ərazisində güllələnmə olub. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, bu gün səhər saatlarında 3-cü mikrorayon ərazisində 34 yaşlı Əhməd Həsənov güllələnib. Yaralı xəstəxanaya çatdırılıb. Onun kim tərəfindən güllələnməsi məlum deyil. Yaralının aparıldığı 1 saylı Şəhər Xəstəxanasından Milli.Az-a bildirildi ki, Ə.Həsənov bu gün saat 07:00 radələrində xəstəxanaya gətirilib. O, budundan bir güllə yarası alıb. ANSPRESS

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA