Baz Prokurorluğun idarə rəisinin evi qarət edildi

img

11-09-2012 [12:45]


Azərbaycanda vəzifəli şəxsin evi qarət edilib. Hadisə rayonun Nardaran qəsəbəsində qeydə alınıb. Respublika Prokurorluğunun Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Ruslan Hacıyevin Nardaran qəsəbəsində yerləşən bağ evindən məişət əşyaları və pul oğurlanıb. Ev sahibi baş vermiş oğurluq hadisəsi barədə polisə məlumat verib. Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib. Məlumatda qeyd olunur ki, həyata keçirilən tədbirlər nəticəsində oğurluq hadisəsinin üstü açılıb. Məlum olub ki, oğurluğu elə həmin evdə gözətçi işləyən Arif Məmmədov törədib. A.Məmmədov şübhəli şəxs qismində tutulub. Faktla bağlı araşdırma aparılır. 168.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA