Bu il 65 əsgərimiz ölüb, 61-i yaralanıb

img

23-08-2012 [02:09]


Bu il Azərbaycanda təhlükəsizlik və müdafiə sektoru 65 nəfər itirib. Bu barədə Doktrina? Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən məlumat verilib. Avqustun 23-nə qədər itkilərin 13-ü döyüş, 49-u isə qeyri-döyüş itkiləridir. 2 nəfər mina partlayışında, 1 nəfər əməliyyatda həyatını itirib, 61 nəfər isə yaralanıb. Ölənlərin 7-si bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 7-si avtoqəzadan, 1-i naməlum səbəbdən, 7-si ehtiyatsızlıqdan, 8-i qeyri-nizamnamə hərəkətlərindən, 7 nəfər xəstəlikdən dünyasını dəyişib, 12 nəfər isə intihar edib. Dünyasını dəyişənlərin 59-u Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır. Yaralıların və xəsarət alanlara gəlincə, onların 12-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 12-i erməni gülləsindən, 6 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 7-si bədbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə, əqrəb sancma), 3-ü əməliyyat tədbirlərindən, 20-si isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 56 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 2 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə FHN Akademiyasının müdavimidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA