"Dövlət"in fırıldaqçı dəstəsi yaxalandı

img

15-08-2012 [02:56]


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yasamal rayonu ərazisində qanunsuz olaraq Dövlət Yardım Komitəsi təşkil edilməklə vətəndaşların aldadılıb, pullarının mənimsənildiyi müəyyən edilib. Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Göyçay şəhər sakini Elnur Fərzəliyev, Bakı şəhər sakini Lida Mirzəliyeva və Ruzi Abıyev, Yasamal rayonu ərazisində qanunsuz olaraq Dövlət Yardım Komitəsi təşkil edib, aztəminatlı ailələrə yardım etmək adı ilə 1983 vətəndaşı aldadaraq, hər birindən 2 manat pul alaraq (cəmi 3966 manat) mənimsəyiblər.#351;

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA