?A.M.A.Y.?ın sahibi məhkəmədə qalib gəldi

img

14-08-2012 [11:51]


?A.M.A.Y.? ticarət mərkəzinin sahibi Abdulla Abdullayevlə Latviyanın nüfuzlu bankının buradakı nümayəndəliyi olan ?Pareks Lizinq və Faktorinq? MMC arasında pul qalmaqalı yenidən baş qaldırsa da, son 4-5 ayda uğursuzluq zolağından çıxmağı bacaran iş adamı hüquqi müstəvidə qalib gəlib. Mia.az-ın əldə etdiyi məlumata görə, ?Pareks Lizinq və Faktorinq? qarşı tərəfdən maliyyə-lizinq müqaviləsi üzrə borcunun ödənilməsini yenidən tələb etməyə başlayıb: ?Diqqətə çatdırım ki, bu işə ilk olaraq Nərimanov Rayon Məhkəməsində baxılıb. Lakin sözügedən məhkəmə əcnəbi maliyyə qurumunun buradakı törəməsinin iddiasını tələb olunan şəkildə qəbul etməyib?. Məlumata görə, ?Pareks Lizinq and Faktorinq? MMC, təkcə Abdulla Abdullayevi deyil, həm də onun qohumu olan ?Nəqşi-Cahan-97? MMC-nin direktoru Vaqif Mehdiyevi də cavabdeh qismində prosesə cəlb eləyib. Artıq Nərimanov Rayon Məhkəməsinin qərarından ?Pareks Lizinq and Faktorinq? tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində də baxılıb: ?Borcun və digər xərclərin cavabdehlərdən müştərək qaydada tutulmasından bəhs edən şikayətə avqustun 13-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Etibar Nəbiyevin sədrliyi ilə baxılıb. Hakim Nərimanov məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Bu isə ?A.M.A.Y Abdulla?nın qələbəsi deməkdir?. İşin Ali Məhkəməyə çıxarılıb-çıxarılmayacağını dəqiqləşdirmək istəsək də, qarşı tərəflə danışa bilmədik. Onu da xatırladaq ki, ?Pareks Lizinq and Faktorinq? MMC dünyanın 38 ölkəsində, o cümlədən Böyük Britaniya, Almaniya, İsveçrə, Yaponiya, Rusiya kimi nəhəng ölkələrdə maliyyə-kredit siyasəti aparan Latviyanın ?Parex Qrupu?nun 2000-ci ildə Azərbaycanda açdığı maliyyə-lizinq müəssisəsidir. #305;r

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA