Timozenko parlament seçkilərinə buraxılmır

img

12-08-2012 [10:28]


Ukrayna məhkəməsi ölkənin sabiq baş naziri Yuliya Timoşenkonun parlament seçkilərində iştirak etmə hüququnu tanımayıb. Ötən gün paytaxt Kiyevdə baş tutan məhkəmədə Timoşenko ilə yanaşı, onun həmkarı sabiq daxili işlər naziri Yuri Luçenkonun adı "Batkivşina" (Atayurdu) partiyasının namizədləri sırasından çıxarılıb. Məhkəmə qərara əsasən, həbs olunan şəxsin namizəd kimi təqdim olunmasının Ukrayna qanunlarına zidd olduğunu bildirib. Hakimin qərarına etiraz edən partiya üzvləri məhkəmə zalında "ayıb olsun" şüarları səsləndiriblər. Qərarla bağlı açıqlama verən partiyanın sədr müavini Oleksandr Turçinov hakimin şüursuz şəkildə qərar verdiyini bildirib. "Görünür, hakim səsləndirdiyi qərarın nə olduğunu anlamadan qərar verib. Biz daha yuxarı instansiyalara appelyasiya ilə müraciət etməyə davam edəcəyik. Mən bir daha təəssüflə qeyd etmək istəyirəm ki, Ukraynda ədalət yoxdur. Biz məhz buna görə mübarizə aparır və demokratiya, insan haqlarının bərpa olunması üçün parlamentdə üstünlüyü ələ almağa çalışırıq. Bu bizim məqsədimiz və vəzifəmizdir", - deyə O.Turçinov bildirib. Qeyd edək ki, vəzifəsindən sui-istifadəyə görə ittiham olunan Yuliya Timoşenkoya 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Avropa Birliyi isə qərarın siyasi motivli olduğunu iddia edərək Ukraynada insan haqlarının qorunmadığını bildirib. xezerxeber.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA