Suriyada rusiyalı general öldürülüb

img

08-08-2012 [12:36]


Azad Suriya Ordusu bu gün xüsusi əməliyyatla Vladimir Petroviç Kocayev adlı bir rusiyalı generalın öldürüldüyünü bəyan edib. Kocayev Suriyada müdafiə nazirinin məsləhətçisi vəzifəsində çalışıb. Trend-in məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı xəbər yayıb. Onun şəxsi tərcüməçisi Əhməd Aiqin də öldürüldüyü bildirilir. Azad Suriya Ordusu bəyan edib ki, Kocayevin öldürüldüyü xüsusi əməliyyat zamanı mühüm sənədlər və Suriya ordusunun xəritəsi aşkar olunub. BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfəri keçib. 230 minə yaxın insan qaçqına çevrilib, üç milyondan çox insanın humanitar yardıma ehtiyacı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA