Mühacir iz adamları yenə uduzdular

img

10-08-2012 [08:20]


Hazırda Türkiyədə ?sürgün? həyatı yaşayan tanınmış iş adamları - ?Bakelektroştamp? və ?Bakızoladtökmə? ASC-nin keçmiş sahibləri Nürəddin və Loğman Zülfüqarlı qardaşları yenidən məhkəməyə müraciət etsələr də, bu dəfə də qalib gələ bilməyiblər. Daha dəqiqi, qardaşlardan biri, Loğman Zülfüqarlı zavodlarına qeyri-qanuni yollarla sahiblənmiş və adı hazırda ölkə mətbuatının gündəmindən düşməyən Rasim Hikmət oğlu Məmmədova qarşı dava açsa da, məglub olub. Bu barədə ?Reytinq?ə Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, Loğman Zülfüqarlı Rasim Məmmədovun zavodlarını qanunsuz yollarla ələ keçirib, əmlaklarına qanunsuz sahiblənməklə bərabər, həm də həmin şəxs tərəfindən mənəvi zərbələr də aldığını iddia ərizəsində qeyd edib: ?Zülfüqarlı məhkəmədən tələb edir ki, Rasim Məmmədov tərəfindən ona vurulan maddi və mənəvi zərərin əvəzi olaraq pul ödənilməklə yanaşı, onun həm də əmlak kompleksindən çıxarılması və gələcəkdə bu cür hərəkətlərin qadağan edilməsinə dair qətnamə çıxarılsın. Təbii ki, ilkin iddia ərizəsinin təqdim edildiyi Yasamal Rayon Məhkəməsi hazırda biznes dairələrində kifayət qədər arxalı bir iş adamı statusuna yetişmiş Rasim Məmmədova qarşı belə bir iddiaları təmin edə bilməzdi. Və elə də oldu. Yasamal Rayon Məhkəməsi Loğman Zülfüqarlının bu iddiasını rədd etsə də, o, geri çəkilməyib və qərardan apellyasiya şikayəti versə də, dünən Bakı Apellyasiya Məhkəməsində hakim Kəmaləddin Bədəlov rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb?. Yeri gəlmişkən, onu da qeyd edək ki, Nürəddin və Loğman Zülfüqarlı qardaşları 2005-ci ildə qanunsuz həbs olunmaları ilə bağlı Daxili İşlər Nazirliyi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini, o cümlədən Baş Prokurorluğu da məhkəməyə veriblər. Bunun səbəbi 2005-ci ildə adıçəkilən hüquq-mühafizə orqanları tərəfindən qanunsuz həbs edilmələridir: ?Buna görə qardaşlar Daxili İşlər Nazirliyi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Azərbaycan Respublikası Baş Prokurorluğundan urulmuş maddi ə mənəi təzminat tələb etsələr də, işə baxan Nərimanov Rayon məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi iddiaları rədd edib. Hazırda bu şikayət də Ali Məhkəmədə baxış ərəfəsindədir?. Xatrıladaq ki, Nurəddin və Loğman Zülfüqarlı qardaşlarını 2005-ci ildə Daxili İşlər Nazirliyinin ?Banditizm? İdarəsi həbs edib. Onları o vaxt ilk olaraq bir qadının pulunu mənimsəməkdə, ona hədə-qorxu gəlməkdə ittiham edirdilər. Sonradan barələrində seçilmiş həbs qəti-imkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Qardaşlar bundan sonra onlara ?kurçok? atanlarla dil tapıb, yenidən iş həyatlarına da dönüblər. Lakin qısa müddət sonra onlarla Əmlak Məsələlər üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun arasındakı ziddiyyət kəskinləşib və qardaşlar ölkəni tərk ediblər. Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini öyrənmək mümkün olmayıb. Onları da dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA