Metropoliteninin rəhbəri məhkəməyə verildi

img

08-08-2012 [11:57]


Bakı Metropoliteninin rəisi Tağı Əhmədov paytaxt sakini tərəfindən məhkəməyə verilib. Buna səbəb yeni metro tikintisi ilə bağlı əmlakı talan edilən Nuriyeva Böyükxanım Qasım qızına bu günədək nə kompensasiya, nə də vurulmuş zərər ödənilib. MİA.az-a Bakı Apellyasiya Məhkəməsindən daxil olan xəbərə görə, Tağı Əhmədova qarşı paytaxt sakinin iddiasına əvvəlcə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılsa da, Metropoliten rəisi buradan qalib çıxıb: ?Amma iddiaçı Nuriyeva Böyükxanım Qasım qızı Bakı Metropoliteninin rəisi Tağı Əhmədovdan hər ay 2000 manat məbləğində kompensasiya və 16.000 manat məbləğində dəymiş maddi ziyanın tutulmasında, deyəsən, çox israrlıdır. Ona görə də o, birinci məhkəmə instansiyasının qətnaməsindən apellyasiya şikayəti verib. Hazırda xanımın qeyd edilən tələblərindən ibarət şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə araşdırılır?. Məlumata görə, Böyükxanım Nuriyevanın Tağı Əhmədova qarşı məhkəmə işi bu gün bu dəqiqələrdə başlamalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA