Tibb Universitetinin rezidentura pilləsinə sənəd qəbulunun tarixi açıqlanıb

img

03-08-2012 [12:18]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında Tibb Universiteninin rezidentura pilləsi üzrə sənəd qəbulunun tarixini açıqlayıb. TQDK sədri sənəd qəbulunun avqustun 15-dən 24-dək aparılacağını qeyd edib. M.Abbaszadənin sözlərinə görə, rezidenturaya qəbul imtahanı iki mərhələdə keçiriləcək. Birinci mərhələ sentyabrın 8-də, ikinci mərhələ isə sentyabrın 9-da olacaq. Rezidentura ilə bağlı plan yerləri haqqında və digər məlumatlar Rezidentura jurnalının 2-ci sayında dərc olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:17 05.06.2025

Pirquluda zəlzələ olub

12:10 05.06.2025

Sabah yağış yağacaq