Ağcabədinin icra bazçısı adam bıçaqlayıb

img

02-08-2012 [07:22]


?Ağcabədinin icra başçısı əvəzi Rövşən Əhmədov və onun qardaşı Əliş Əhmədov rayonda ?qızılsatan Fiqurə" kimi tanınan xanımın oğlu Ramizi döyüblər. Ona bıçaq xəsarəti də yetiriblər". Bu xəbəri redaksiyamıza adının çəkilməsini istəməyən bir nəfər verib. Həmin şəxs bildirib ki, R.Əhmədov icra başçısının birinci müavinidir. Hazırda icra başçısı olmadığından onu əvəz edir: ?Rövşən Əhmədovla qardaşı Əliş ?qızılsatan Fiqurə"nin oğlu Ramizi öz evinin qarşısındakı küçədə, əhalinin gözü qarşısında döyərək bıçaqlayıblar". Qaynağımız hadisənin motivi haqda bunları deyib: ?Ramiz xəstə uşağını təcili olaraq xəstəxanaya çatdırmaq üçün Rövşən Əhmədovun yaşadığı küçədən keçərkən maşını sürətlə sürüb. Bu zaman R.Əhmədovun qardaşı Əliş Əhmədov maşını saxladıb və heç bir sorğu-sual etmədən Ramizin üzərinə atılıb. Rövşən Əhmədov da qardaşına qoşularaq sürücünü yerə yıxıb təpikləyiblər. Üstəlik, sürücüyə bir neçə bıçaq zərbəsi endirilib?. Musavat.com Qaynağımız deyib ki, R.Əhmədov camaatın gözü qarşısında törədilən hadisəyə görə özünün və qardaşının hərəkətlərinə haqq qazandırmağa çalışıb. Deyib ki, sürücünü maşını yüksək sürətlə idarə etdiyi üçün döyüb. Mənbə bildirir ki, Ramizin qan içərisində olduğunu görən icra başçı əvəzi dərhal hadisə yerinə polis çağırıb. Davanın günahkarı qismində də Ramizi göstərib: ?Rövşən Əhmədov polislərə göstəriş verib ki, onun dediklərini protokol tərtib edib qeyd etsinlər. Bundan sonra Ramiz rayon xəstəxanasına yerləşdirildi. Orada vəziyyəti ağır olduğundan təcili Bakıya aparıldı?. Məsələ ilə bağlı Ağcabədinin icra başçısı əvəzi Rövşən Əhmədova telefon əlaqəsi saxladıq. R.Əhmədov hadisə haqda bunları dedi: ?Mən icra başçısı əvəziyəm, dava adamı deyiləm. Ağcabədi Polis Şöbəsi və xəstəxanası var. Zəng edib oradan dəqiqləşdirin. Rəsmi müraciət edin, məlumatınızı alın, reallığı bilin. Belə bir şey olmayıb, qardaşım Əliş də işində-gücündədir. Partlayış olmayıb ki? Belə hadisə olubsa da polis bilir?. İcra başçısı əvəzinin qeyri-müəyyən cavabını dinləyib Ağcabədi Rayon Polis Şöbəsi ilə əlaqə saxladıq. Şöbədən belə bir cinayət əməlinin qeydə alınmadığını dedilər. Ağcabədi rayon prokurorunun böyük köməkçisi Ələstun Quliyev isə hadisənin baş verdiyini təsdiqlədi: ?Axı bu ajiotaj kimə lazımdır? Orada dava olub, rayon polis şöbəsində təhqiqat gedir. Hər iki tərəf ərizə ilə müraciət edib. Dediyim odur ki, orada kimsə ölməyib. Bu, dezinformasiyadır. Davadır olub, araşdırılır?. ?İcra başçısı əvəzi də davada iştirak edibmi? sualına prokuror köməkçisi konkret cavab vermədi: ?Şəhərin içində baş verən hadisədir, orada icra başçısının müavini də, başqa adam da ola bilər. Söhbət ondan gedir ki, araşdırma gedir. Yəni dava olubsa, orada kimi desəniz ola bilər. Araşdırma gedir?. Məsələ ilə bağlı zərərçəkmiş kimi adı hallanan ?qızılsatan Fiqurə?ni və onun oğlu Ramizi aradıq. Xanımın çalışdığı ticarət mərkəzindən bildirdilər ki, hadisədən sonra Fiqurə xanım yaralı oğlu ilə birgə Ağcabədidən çıxıb. Mövzuya qayıdacağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA