Bakıda 5 nəfər qidadan zəhərlənib

img

31-07-2012 [12:12]


Ötən gün paytaxtda 5 nəfər qidadan zəhərlənib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, zəhərlənənlərdən 4 nəfəri xəstəxanaya yerləşdirilib. Zəhərlənmələrin 4-ü qarışıq qidadan, 1-i isə köhnə qidadan baş verib. Ötən gün 1 günvurma hadisəsi qeydə alınıb. Qaradağ rayonu Lökbatan qəsəbəsində 34 yaşlı qadını gün vurub. Ona ilkin tibbi yardım göstərilib. Şüvəlan çimərliyində batmaq təhlükəsi ilə üzləşən 46 yaşlı kişi xilas olunub. Ona ilkin tibbi yardım göstərildikdən sonra 3 saylı Klinik Xəstəxanaya aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA