Rövnəq Abdullayevin qohumu ?Azərpoçt?u məhkəməyə verdi

img

26-07-2012 [04:26]


?Azəriqaz? İstehsalat Birliyi ?Azərpoçt? MMC-ni məhkəməyə verib. Buna səbəb rabitə müəssisəsi tərəfindən qaz kəmərlərinin mühafizə zolağında qanunsuz tikinti işlərinin aparılmasıdır. Bu barədə mia.az-a verilən məlumata görə, tərəflər arasındakı məhkəmə çəkişməsi hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Nurəddin Mustafayevin sədrliyi ilə araşdırılır: ? ?Azəriqaz? İstehsalat Birliyinin 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində iddia ərizəsi təmin edilmədiyindən, qərardaddan apellyasiya şikayəti verilib. Bu gün birliyin ?Azərpoçt?a qarşı şikayətinə baxılacaq?. Fakt məhkəmədən təsdiqlənib. Xatırladaq ki, ?Azəriqaz? İstehsalat Birliyinin sədri ARDNŞ prezidenti Rövnəq Abdullayevin yaxın qohumu Əkbər Hacıyev, MMC-nin baş direktoru isə Qənbər Bəybəlayevdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA