Bakıda avtobus qəza törətdi: 1 nəfər ölüb

img

24-07-2012 [12:40]


Bakı-Mərdəkan şosesində ağır qəza olub. Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, rayon ərazisində, Bakı-Mərdəkan şosesində 1985-ci il təvəllüdlü Xəyal Abıyev idarə etdiyi "QAZ 2410" markalı avtomobili Rasim Nəcəfovun idarə etdiyi "DAEWOO" markalı 136 saylı sərnişin avtobusuna vurub. Nəticədə minik avtomobilinin sərnişini, 1977-ci il təvəllüdlü Yadigar Nəhmətov ağır bədən xəsarəti alıb və 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Yaralı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA