Sumqayıt iqtisad Məhkəməsi sədrinin gizli izləri arazdırılır

img

23-07-2012 [02:25]


Sumqayıt, Abşeron, Xaçmaz, Xızı, Qobustan, Quba, Qubadlı, Qusar, Siyəzən, Şabran, Şamaxı, Şuşa, Zəngilan ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri Çingiz Bəşirovun əməlləri hakim dairələrin araşdırma mövzusuna çevrilib. mia.az ?Reytinq? qəzetinə istinadən xəbər verir ki, Çingiz Bəşirov rəhbərlik etdiyi məhkəmədə çıxarılan qanunsuz qətnamələrə görə deyil, şəxsi fəaliyyətinə, daha dəqiqi, hakim adına xələl gətirən işlərlə məşğul olduğuna görə hədəfə gətirilib: ?Çingiz Bəşirov işlərin hakimlər arasında bölgü və yaxud çıxarılan qətnamələrdə təsirinə görə hədəfdə deyil. O, uzun illər hakimlik təcrübəsi ə reallıqları dərindən bilməsinə görə belə qanunsuzluqlarını kifayət qədər peşəkar ?malalamağı? bacarır. Amma onun vəzifə səlahiyyətlərindən istifadə edərək, dövlət və seçkili orqanlarının rəhbərləri ilə bazarlığa girməsi və bu zaman kənar adamlara etibar etməyərək, sənədləşmə işlərini ailə üzvlərinin adı ilə aparması indi başına bəla olub?. Bizi bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, Çingiz Bəşirov rəhbərlik etdiyi məhkəmədə iqtisadi mübahisələrlə bağlı işi olan Məhəmmədi kənd bələdiyyə sədrindən də şəxsi maraqlarını təmin etməyi istəyib. Lakin bu zaman buraxdığı bir səhv indi karyerasını təhdid edir: ?Çingiz Bəşirov bələdiyyə sədri Vaqif Nəbiyevdən işi müsbət həll etməkdən ötrü 4 hektara yaxın torpaq sahəsi tələb edib. Çarəsiz qalan bələdiyyə sədri razılaşıb. Amma Çingiz Bəşirovun sonradan həmin torpaq sahəsinə görə nəzərdə tutulan dövlət rüsumunu da bələdiyyə sədrinin boynuna qoymağa çalışması vəziyyəti qəlizləşdirib. Ortada əlavə 40 min manata yaxın vəsaitin söhbəti gedib. Məhkəmə sədrinin bələdiyyə sədrini təhdid etməsi sonda Vaqif Nəbiyevin infakt keçirməsi və əməliyyat olunması ilə bitib. Amma məhkəmə sədri inadından dönməyib. O, həmin torpaq sahəsini də ailə üzvlərinin birinin adına sənədləşdirib. Məhz bu səhv indi onu dolaşdırıb. Ola bilər ki, bir neçə ay əvvəl rəqiblərinin hədəfinə gəlməsindən sonra həmin torpaq sahəsi də daxil olmaqla, bir çox əmlaklarını başqalarının adına keçirə bilər. Amma ortada bu tip xeyli faktlar da var?. Müsahibimiz onu da deyir ki, Çingiz Bəşirovun ?fəaliyyətindən az öncə ?Gündəlik Bakı? qəzeti də həqiqəti əks etdirən məqalə yazıb: ?Həmin məqalədə də Çingiz Bəşirovun özəl maraqlarını təmin edəcək addımları xarakterizə olunub. O məqalədə də Çingiz Bəşirovla Məhəmmədəli bələdiyyəsinin sədri arasındakı sövdələşmədən söz açılıb. Buna oxşar məqamlar az deyil. Hazırda Çingiz Bəşirov gizli işlərinin ortaya çıxıb, karyerasını təhdid etməsindən narahatdır. Amma bəziləri onun bu dəfə də ?burulğan?dan çıxacağını düşünülər. Amma Ədliyyə Nazirliyinin davranışından tamam fərqli bir qərarın veriləcəyi gözlənilir. Yəni Çingiz Bəşirovun karyerası bitirilməsə də, onun sədr vəzifəsindən çıxarılıb, başqa bir məhkəməyə sıravi hakim kimi göndərilməsi variantının da nəzərdən keçirildiyi bildirilir?. Məsələ ilə bağlı Çingiz Bəşirovun və yazıda adıçəkilən tərəflərin münasibətini öyrənə bilmədik. Onların da mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA