Dəməzqdə döyüzlər hökumət binasına çatdı

img

19-07-2012 [07:20]


Dəməşqdə Suriya Nazirlər Şurasının binasının yerləşdiyi İxlas məhəlləsində döyüşlər başlayıb. Bu barədə ?Reuters? agentliyi məlumat yayıb. Məlumata görə, Dəməşq Universitetinə aid bir korpusun da yerləşdiyi bu məhəllədən Suriyanın Prezident Sarayına qədər 3 kilometr məsafə var. Bəşər Əsədə sadiq qüvvələrlə Azad Suriya Ordusunnun döyüşçüləri arasında toqquşmalar Dəməşqin digər rayonlarında da davam edir. Şəhər sakinləri döyüşlərin getdiyi əraziləri tərk edə bilməyiblər. Hökumət qüvvələri isə əhaliyə ərazini tərk etmək üçün iki sutka möhlət verildiyini açıqlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA