Misirin yeni prezidentinin adı açıqlandı

img

24-06-2012 [10:11]


Misirdə prezident seçkilərinin ikinci turunun nəticələri açıqlanıb. Məlumata görə, seçkilərdə ?Müsəlman qardaşları?nın namizədi Məhəmməd Mursi qalib gəlib. Mursiyə seçicilərin 51,7 faizi (13,23 milyon səs) səs verib. Onun rəqibi, sabiq baş nazir Əhməd Şəfiq isə seçicilərin 48,3 faizinin (12,35 milyon ) rəğbətini qazanıb. Qeyd edək ki, seçkinin nəticələrinin iyunun 21-də elan edilməsi planlaşdırılırdı. Lakin rəqib seçki qərargahları tərəfindən edilən şikayətlərin araşdırılması uzaqdığından, bu, təxirə salındı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA