3 yazlı uzağın qatili ilə baglı rəsmi açıqlama verildi

img

18-07-2012 [07:25]


Baş Prokurorluq Masallı rayonunda 3 yaşlı uşağın qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, iyulun 16-da "Viləşçay" su kanalının Masallı rayonunun Lürən kəndinin kənarından keçən hissəsində kənd sakini 2010-cu il təvəllüdlü Ağayeva Nuray Elmar qızının üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumatla əlaqədar rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər yerinə yetirilib. Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayonun Lürən kənd sakini, 1995-ci il təvəllüdlü İsrafilov Ramil Gülməmməd oğlu tutularaq istintaqa cəlb olunub. İstintaqla müəyyən edilib ki, R. İsrafilov qonşusu N. Ağayevanı kəndin kənarına apararaq onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək boğub və yaxınlıqdan keçən su kanalına atıb. Dindirmə zamanı R.İsrafilov törətdiyi əməlləri tam etiraf edib. R.İsrafilov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir. apa

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA