Elmar Məmmədyarov Kuba səfirini qəbul edib

img

17-07-2012 [06:52]


Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Kuba Respublikasının ölkəmizdəki səfiri Marselo Kaballero Torresi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir E. Məmmədyarov Azərbaycanla Kuba arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən razılıq ifadə edib və ikitərəfli münasibətlərə verdiyi töhfəyə görə səfirə öz minnətdarlığını bildirib. Öz növbəsində səfir ölkəmizdə işlədiyi dövrdə Kuba ilə Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, mövcud münasibətlərin daha da genişlənməsi və inkişafı üçün səylə çalışdığını qeyd edib və faydalı əməkdaşlığa görə minnətdarlıq bildirib. Nazir E. Məmmədyarov Kubalı diplomata gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA