Elmar Məmmədyarov Estoniya parlamentinin sədrini qəbul edib

img

29-06-2012 [02:39]


Xarici İşlər Naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Estoniya parlamentinin sədri Ene Erqmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Elmar Məmmədyarov Ene Erqmanın ölkəmizə səfərini yüksək qiymətləndirib və bu səfərin iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcəyini vurğulayıb. Azərbaycana səfər etməsindən məmnun olan Estoniya parlamentinin spikeri ölkəmizin mühüm strateji əhəmiyyətə malik olduğunu vurğulayıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və normaları, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll olunması vacibliyi qeyd edilib. Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb və bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA