ilham Əliyev Portuqaliyanın xarici izlər nazirini qəbul edib

img

27-06-2012 [05:01]


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün Portuqaliya respublikasının xarici işlər naziri Paulo Portasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Portuqaliyanın xarici işlər naziri Paulo Portasın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafında yeni səhifə açacağına ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev qonağın ölkəmizdə keçirəcəyi görüşlərin səmərəli olacağına və bu səfərin əməkdaşlığımızın əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından yaxşı imkan yaradacağına əminliyini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Portuqaliya arasında əməkdaşlığı inkişaf etdirmək, güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün böyük potensialın olduğunu vurğuladı. Xarici işlər naziri Paulo Portas Portuqaliya Respublikasının Prezidenti Anibal Kavaku Silvanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Portuqaliyanın xarici işlər naziri ölkələrimizin BMT Təhlükəsizlik Şurasında əməkdaşlığının önəmini qeyd etdi. O, yaxın gələcəkdə Portuqaliyanın Azərbaycanda səfirliyinin açılacağını bildirdi. Paulo Portas ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, kənd təsərrüfatı və turizm sahələrində inkişaf etdirməkdə maraqlı olduğunu dedi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Avropa İttifaqı ilə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Prezident Anibal Kavaku Silvanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Portuqaliya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA