Nazirlər arasında yeni savaz

img

17-07-2012 [12:21]


Vergilər naziri Fazil Məmmədovla müdafiə sənayesi naziri Yavər Camalovun arasında narazılıq yaranıb. Buna səbəb vergi orqanlarının tez-tez Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə yoxlama keçirərək, iri məbləğdə cərimə və sanksiyaların tətbiq etməsidir. Bu barədə ?Reytinq?ə Müdafiə Sənayesi Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşı məlumat verib. Onun sözlərinə görə, iki ilə yaxındır ki, Vergilər Nazirliyin ayrı-ayrı qurumları, əsasən də Vergi Auditi Departamenti nazirliyin müəssisələrində qərəzli yoxlama keçirirlər: ?Yoxlama aparmalarına sözümüz yoxdur, yoxlasınlar. Amma qərəzli yoxlama olmaz, axı. Öz bildikləri kimi yoxlama aparıb, müvafiq akt və qərarlar qəbul edərək müəssisələri çətin vəziyyətə qoyurlar. Amma düşünmürlər ki, bu, bizi deyil, müharibə şəraitində olan bir dövləti çətin vəziyyətdə qoymaq deməkdir. Onsuz da nazirliyin maddi imkanları yetərincə deyil. Bir çox müəssisələrimizdə maliyyə problemi səbəbindən ixtisarlar da aparmışıq. Elə müəssisələrimiz də var ki, işçilərə 2-3 aydır əmək haqlarını da verə bilmirik. Ergi orqanları da bir tərəfdən bizi lap güncə sıxıb?. Müsahibimizin sözlərinə görə, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti az öncə Müdafiə Sənayesi Nazirliyinin Mərkəzi Təminat və Marketinq İdarəsini də ?bombardman? edib: ?Yoxlama nəticəsində əsassız akt və qərarlar qəbul edərək, bu idarəmizin işini də iflic ediblər. Ergi orqanlarının yaratdığı bu vəziyyətlə bağlı nazir Yavər Camalov da qəzəblidir. Artıq o, müvafiq şöbələrə göstəriş verib. Bundan sonra vergi orqanlarına qarşı hüquqi müstəvidə mübarizə genişlənəcək. Necə ki, artıq bir neçə iş üzrə vergi qurumlarına qarşı məhkəmə iddiası qaldırılıb?. Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Müdafiə Sənayesi Nazirliyi Mərkəzi Təminat və Marketinq İdarəsinə qarşı tətbiq etdiyi aktın etibarsız hesab, qərarın isə ləğv edilməsi üçün 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəmədə iddia qaldırdıqlarını deyən MSN-nin əməkdaşı bildirir ki, nədənsə hakimlər vergi qurumlarına qarşı qərar çıxarmaqdan çəkinirlər: ?Məhkəmə bizim əsaslarımızı düz-əməlli qiymətləndirmədən iddiamızı rədd edən qətnamə çıxarıb. Təbii ki, nazirlik belə əsassız qətnaməyə boyun əymək niyyətində deyil və buna görə də apellyasiya şikayəti verilib. Hazırda iş Bakı Apellyasiya Məhkəməsindədir?. Nazirliklər arası çəkişmənin Bakı Apellyasiya Məhkəməsində hakim Cahangir Yusifovun icraatında olduğunu bildirən mənbə deyir ki, hakim iş üzrə iyulun 19-a proses təyin edib: ?vaxtınız olarsa, həmin məhkəmə prosesində iştirak edin. Görəcəksiniz ki, hakimlər vergi orqanlarını necə haqsız müdafiə edirlər?. Məsələ ilə bağlı tərəflərdən rəsmi münasibət öyrənmək mümkün olmasa da, Bakı Apellyasya Məhkəməsində belə bir məhkəmə işinin olduğu dəqiqləşib. E.ARAZ, "Reytinq" qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA