Azərbaycanda toy adamlarını aparan mikroavtobus qəzaya düzdü, 16 yaralı

img

15-07-2012 [08:45]


Azərbaycanın Kürdəmir rayonunda 16 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 9:00 radələrində Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Həsənov İlqar Həsənəli oğlunun idarə etdiyi ?Mercedes Sprinter? markalı 10-NM-475 dövlət nömrə nişanlı sərnişn mikroavtobusu qarşıdan gələn, Bakı şəhəri, Xətai rayon sakini, 1964-cü il təvəllüdlü Əhmədov Əli İmaməli oğlunun idarə etdiyi ?Jeep Nissan? markalı 90-LC-724 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub. Nəticədə 16 nəfər xəsarət alıb. Xəsarət alanlar müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Daha sonra onlardan 9 nəfər, üçü ağır vəziyyətdə olmaqla, Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Bakı sakini, 1987-ci il təvəllüdlü Səlimov Xəyyam, Saatl rayonu Əlisoltanlı kənd sakini, 1988-ci il təvəllüdlü Nuruşov Elgün Ağabəy oğlu və Bakı sakini, 1966-cı il təvəllüdlü Əhmədova Səkinə Əlləz qızı Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə, digər 6 nəfər - Suraxanı sakini, 1987-ci il təvəllüdlü Musayev Seymur Kərim oğlu, Bakı sakini, 1988-ci il təvəllüdlü Orucov Marif Akif oğlu, Balaxanı sakini, 1988-ci il təvəllüdlü Quliyev Alim Əliqulu oğlu, Bakı sakini, 1984-cü il təvəllüdlü Nəbiyev Vasif Saleh oğlu, Bakı sakini, 1993-cü il təvəllüdlü Əhmədova Türkanə Əli qızı və Şəki sakini, 1989-cu il təvəllüdlü Salahov Orxan Elxan oğlu Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. 21 yaşlı Məhərrəm Şahverdiyev, 25 yaşlı Elvin Mirzəyev, 26 yaşlı Hacı Cəfərov, 21 yaşlı Fərqanə Əhmədova, 11 yaşlı Ayşən Əhmədova, 48 yaşlı Əli Əhmədov, 11 yaşlı İmaməli Əhmədov isə Kürdəmir Rayon Xəstəxanasından Bakıya göndəriliblər. Qeyd edək ki, ?Mercedes? markalı mikroavtobusun sərnişinləri toy mərasiminə gedirmişlər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. MİLLİ.AZ

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA