Riçard Morninqstar iyulun 20-də and içəcək

img

13-07-2012 [03:18]


Riçard Morninqstar ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə başlamaq üçün iyulun 20-də and içəcək. Bu barədə APA ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən məlumat yayıb. Riçard Morninqstar and içdikdən sonra vəzifəsinin icrasına başlaya bilər. Yeni səfirin ölkəmizə yaxın həftələrdə gələcəyi gözlənilir. Xatırladaq ki, prezident Barak Obama aprelin sonlarında Azərbaycana səfir postuna ABŞ Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçadr Morninqstarın namizədliyini irəli sürüb. İyunun 29-da ABŞ Senatı Morninqstarın bu posta namizədliyini təsdiqləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA