?iranın siyasi hakimiyyəti ölkəmizə qarzı yanlız və qərəzli siyasət aparır?

img

07-07-2012 [03:50]


?İranın siyasi hakimiyyəti ölkəmizə qarşı yanlış və qərəzli siyasət aparır. Hesab edirəm ki, artıq təkcə siyasətçilər, bir sözlə aktiv təbəqə deyil, cəmiyyətimizin bütün fərdləri bu siyasətdən narazıdır. Xüsusilə də onların Ermənistanla qurduqları münasibət qəzəb doğurur?. Bu fikri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı Azərbaycan İslam Partiyasının bəzi funksionerlərinin Bakıda media sahəsində çalışan jurnalistlərlə baglı müəyyən araşdırma işləri apardıqlarına və onları iyulun 10-da Tehranda keçirilməsi nəzərdə tutulan beynəlxalq dini mövzuda konfransa dəvət etmələrinə dair yayılan məlumata münasibət bildirərkən deyib. AİDP sədri bildirib ki, İranın Azərbaycanla bağlı çirkin planları çoxdur və bu mənada ölkəmizdə jurnalist axtarışına çıxacağını da istisna etmək olmaz: ?Açığı bu prosesin İslam Partiyası tərəfindən aparılmasına dair məlumatım yoxdur. Hər halda adıçəkilən partiya rəsmiləri bu məsələyə aydınlıq gətirməlidirlər. Hər kəsə bəllidir ki, bu işi ancaq səfirlik təşkil edə bilər?. T.Abbaslı hesab edir ki, əgər belə bir hal varsa deməli növbəti bir palan işə salınıb: ?İran siyasi dairələrinin bölgədə apardığı siyasət iflasa uğradıqca təxribatlara əl atırlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA