73 yazlı qadın evində qətlə yetirildi

img

13-07-2012 [02:58]


Gəncə şəhərində qətl hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə 3-cü mikrarayon bina 2 mənzil 42-də qeydə alınıb. İdarənin növbətçi hissəsinə daxil olan telefon zəngi nəticəsində hadisə yerinə Polis İdarəsinin və şəhər prokurorluğunun əməkdaşları yollanıb. Mənzilə baxış zamanı 1939-cu il təvəllüdlü Zemfira Əliqara qızı Məmmədovanın bıçaqlanmış meyiti aşkar edilib. Qeyd edək ki, qətl törədilən ev, mərhumun özünə məxsusdur. Hadisə ilə bağlı cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Hadisənin hansı zəmində və kim tərəfindən törədilyi məlum deyil. ANS PRESS

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA