Daha bir əsgərimiz öldü; biri yaralandı

img

13-07-2012 [02:26]


Azərbaycan Ordusunda daha bir silahlı insident baş verib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Bakı Hərbi Birləşməsinin N saylı hərbi hissəsində qeydə alınıb. Təlim atəşi zamanı əsgər Nağıyev Sahil İlqar oğlunun təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində Əkbər Nəsirov həlak olub, digər əsgər Surət Məmmədov isə yüngül yaralanıb. Yaralı hospitala yerləşdirilib. Hadisə zamanı dünyasını dəyişən Ə. Nəsirov Neftçala rayonundan hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Anspress.com

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA