Ötən gün iki nəfər dənizdə batıb

img

11-07-2012 [11:49]


Azərbaycanda daha 2 nəfər dənizdə batıb. MİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xəzər dənizinin Abşeron rayonu ərazisində (Novxanı sularda xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə) və Xəzər rayonu, Şüvəlan sahilində 2 nəfər çimərkən batıb. Hadisə yerinə FHN-in dalğıc-xilasediciləri cəlb olunublar. Hazırda qeyd olunan şəxslərin axtarışları üzrə əməliyyat davam etdirilir. Bundan başqa, ötən gün, günün müxtəlif saatlarında Xəzər dənizinin nəzarət olunan Pirşağı, Sahil-1, Zuğulba-3 və Buzovna məntəqələri ərazilərində batmaq təhlükəsi ilə üzləşən 6 nəfər FHN-in dalğıc xilasediciləri tərəfindən xilas olunub.#601;) v

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA