Həbsdəki baz redaktor ?Qarabağın Həcəri?ni də məhkəməyə verdi

img

10-07-2012 [06:30]


[b]?İdeal? qəzetinin həbsdə olan baş redaktoru, bir sıra ağır maddələrlə təqsirləndirilərək 13 il 3 ay müddətinə azadlıqdan məhrum olunmuş Nazim Quliyev ?Yeni Müsavat? qəzeti ilə bərabər, cəmiyyətdə ?Qarabağın Həcəri? kimi tanınan Səbirə Mahmudovanı da məhkəməyə verib.[/b] Bu barədə mia.az-a Yasamal Rayon Məhkəməsində məlumat daxil olub. Məlumatda bildirilir ki, Nazim Quliyev S.Mahmudovanın barəsində Cinayət Məcəlləsinin 147.2 ə 148-ci maddələrlə iddia qaldırıb: ?Səbirə Mahmudovaa 2009-cu ildə ?Yeni Müsavat? qəzetində Nazim Quliyev haqda açıqlama verib. İndi o, hesab edir ki, həmin müsahibəyə görə qadın cəzalandırılmalıdır?. Məhkəmədən verilən məlumata görə, proses iyulun 13-də keçiriləcək. Xatırladaq ki, 2009-cu ildə adıçəkilən şəxslər arasında məhkəmə çəkişməsi olub. Həmin vaxtı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Nazim Quliyev barəsində qaldırılan cinayət işi üzrə şikayətçi olan Səbirə Mahmudova sonradan onda qarşı şikayətini geri götürüb. Həmin vaxtı tərəflərin barışması xəbəri cəmiyyətdə dolaşsa da, görünür, köhnə düşmənçilik yenidən baş qaldırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA