Əli insanovun daha bir mülk qalmaqalı məhkəmədə

img

10-07-2012 [05:11]


[b]Sabiq səhiyyə naziri, 11 il azadlıqdan məhrum edilərək 13 saylı həbsxanada məhkumluq həyatı yaşayan Əli İnsanovun Nəsimi rayonu ərazisində, daha dəqiqi, Füzuli küçəsi yaxınlarında yerləşən mülkü özəl bir şirkət tərəfindən zəbt olunub. Sabiq səhiyyə naziri mülkiyyətinə edilən qəsdlə bağlı artıq məhkəməyə də müraciət edib. Amma nə qədər qəribə olsa da, Əli İnsanovun konstitusiya qanunları ilə toxunulmaz olan mülkiyyət hüquqları Nəsimi Rayon Məhkəməsi tərəfindən təmin edilməyib.[/b] Mia.az-ın xəbərinə görə, sabiq səhiyyə naziri Ə.İnsanovun mülkünü ?SKS? Mənzil-Tikinti Kooperativi qanunsuz yolla ələ keçirib: ?Amma adıçəkilən şirkət buna görə Əli İnsanova vurduğu maddi və mənəvi zərəri ödəmək niyyətində deyil. Yəqin düşünürlər ki, sabiq nazir həbsdədir, o, hakimiyyət tərəfindən qəbul olunmur. Onun üçün də şirkət dünyanın heç bir yerində görülməyən formada hərəkət edib. Vəziyyətlə bağlı şəxsən Əli İnsanovun özü Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb, vurulmuş maddi zərərin ödənilməsini tələb etsə də, hakim şirkətin xeyrinə qətnamə çıxarıb. Yəni sabiq nazirin iddiasını rədd ediblər?. Hazırda Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunduğu və hakim İlqar Xələfovun sədrliyi ilə araşdırıldığı da bildirilir: ?Hakim İlqar Xələfov Əli İnsanovun şikayətinə iyulun 11-də baxacaq?. Məsələyə nə şirkətdən, nə də Əli İnsanovun yaxınlarından münasibət öyrənə bilmədik. Amma Bakı Apellyasiya Məhkəməsindən hakim İlqar Xələfovun icraatında Əli İnsanovun belə bir şikayəti olması təsdiqlənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA