Şəki sakini həkimlərin qardazı oğlunu öldürdüyünü deyir

img

09-07-2012 [01:22]


[b]Hakim Haqverdiyev: ?Vətənin müdafiəsinə getmək vaxtı olan 17 yaşlı gənc Zahir kimi həkimlərin rüşvətxorluğu və savadsızlığı səbəbindən dünyasını dəyişdı?[/b] Redaksiyamıza Şəki rayon sakini Hakim Əşrəf oğlu Haqverdiyev tərəfindən prezident İlham Əliyevə, səhiyyə naziri Oqtay Şirəliyevə və baş prokuror Zakir Qaralova ünvanlanmış şikayət məktubunun surəti daxil olub. Şikayətçinin iddiasına görə, Şəkidə həkimlərin özbaşınalığı və savadsızlığından səbəbindən 17 yaşlı oğlu dünyasını dəyişib: ?Cənab prezident, diqqətinizə çatdırım ki, 17 yaşlı qardaşım oğlu Haqverdiyev Elməddin Nüsrət oğlunu 25 iyun saat 11-00- da rayonunun Kiçik Dəhnə kəndində ilan vurub, sonra isə həkimlərin pulgirliyi və savadsızlığı ucbatından xəstə bu cür adi bir məsələyə görə dünyasını dəyişdi. Hadisə baş verən kimi dərhal onu Şəki şəhər Mərkəzi Rayon Xəstəxanasına çatdırdım. Xəstəni qəbul edən Zahir adlı həkim dedi ki, bizdə bunun üçün lazım olan vaksin yoxdur. Məlum oldu ki, ilan vuran adama ?Zərdab? adlı iynə lazımdır. Şəkidə hara getdiksə, həmin adda vaksini tapmadıq. Uzun axtarışlardan sonra, lazım olan dərmanı Mingəçevir şəhərindən 80 manata tapdıq. Həkim bizə dedi ki, sizə bu dərmandan yenə lazım olacaq. Biz də Moskvada olan qohumlarımızla əlaqə saxladıq. Onlar həmin dərmandan 3 qutu alıb bizə göndərdilər. Maraqlıdır ki, həmin dərmanı Moskvadan bura gətizdirmək bizə cəmi 10 manata başa gəldi. Bütün bu ?xidmətlər? üçün Zahir həkim bizdən 150 manat aldı. Bununla yanaşı, Şəki xəstəxanasında insanları gözləri görə-görə soyurlar. Xəstənin yanına girmək üçün tibb bacılarına rüşvət verməsən, səni ora heç kim buraxmayacaq. Bir sözlə, orada nəfəs almaq da pulladır. Bütün bu özbaşınalıqların hansısa özəl klinikada deyil, dövlətə məxsus tibb müəssisəsində baş verməsi məni lap heyrətləndirir?. Xəstənin vəziyyətinin pisləşdiyindən məcbur qalıb, 17 yaşlı gənci Bakıya gətiriblər: ?Bakıda, ?Semaşko? xəstəxanasında bizə bildirdilər ki, müalicənin düz getməməsi səbəbindən xəstənin vəziyyəti olduqca ağırdır, sağalmaq şansı çox azdır. Əlimizi nəyə atdıqsa, xeyri olmadı və nəticədə Vətənin müdafiəsinə getmək vaxtı olan 17 yaşlı gənc Zahir kimi həkimlərin günahı səbəbindən dünyasını dəyişdı. Bəli, mənim qardaşım oğlunu həkimlərin rüşvətxorluğu və savadsızlığı öldürdü?. Şikayəti diqqətə çatdırır ki, 3 ay əvvəl Şəkidə buna oxşar daha bir olay da yaşanıb: ?Həmin vaxtı da Məmmədəli adlı bir kişi ilan vurması səbəbindən Şəki xəstəxanasında dünyasını dəyişdi. Cənab Prezident, Sizin göstərişinizlə Şəki də gözəl bir xəstəxana tikilib və bütün müasir avadanlıqlarla təchiz olunub. Ansaq nə xeyri ? Onun içində savadsız və rüşvətxor həkimlər oturub. Biz müharibə şəraitində yaşayırıq. Onda belə çıxır ki, ermənilər bizim əraziyə 1000 ədəd ilan buraxsa, biz qırılacağıq ki? Xahiş edirəm, mənim doğmam olan cavan bir oğlanın ölümündə günahkar olan bütün həkimləri cəzalandırasınız?. Sözügedən mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq, lakin səlahiyyətlilərdən heç kim bu faktı şərh etmək istəmədi. Yazıda adları çəkilən digər şəxslərin də münasibətini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA