?Azəriqaz? Əli insanovun olduğu həbsxanaya uduzdu

img

05-07-2012 [08:53]


[b]?Azəriqaz? istehsalat birliyinin Penitensiar Xidmətin 13 saylı həbsxanasına qarşı qaldırdığı iddia ərizələri məhkəmələr tərəfindən rədd olunub.[/b] Bu barədə mia.az Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, ?Azəriqaz? istehsalat birliyi təbii qazdan istifadəyə görə yaranmış borca görə əvvəlcə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində həbsxanaya qarşı iddia qaldırsa da, sözügedən məhkəmə qaz təsərrüfatı birliyinin şikayətini rədd edib: ?Bu qərardan ?Azəriqaz? apellyasya şikayəti verib. Amma Bakı Apellyasiya Məhkəməsinin hakimi Vidadi Məmmədovun sədrliyi ilə ötən həftə məhkəmə həbsxananı haqlı sayan birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb?. Tərəflərdən rəsmi münasibət öyrənə bilməsək də, ??Azəriqaz?dan mia.az-a bildirilib ki, Bakı Apellyasiya məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə şikayət ediləcək. Borcun məbləğinə gəldikdə isə, o da gizli saxlanılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA