Kürdəmirdə ağır qəza baz verdi: 3 nəfər öldü

img

04-07-2012 [11:50]


Kürdəmir rayonu, Atakişili kəndində ?KAMAZ? markalı yük avtomobili ilə ?LADA? markalı minik avtomobili toqquşub. MİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində nəqliyyat vasitələri deformasiyaya uğrayıb, minik avtomobilinin sürücüsü - 1991-ci il təvəllüdlü Cabbarov Əli Kiçik oğlu və şəxsiyyətləri məlum olmayan 2 sərnişin hadisə yerində ölüblər. Hadisə yerinə cəlb olunan yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil vermiş və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 02:20-də başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA