Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

img

18-03-2026 [12:44]


Naxçıvan şəhərinin bəzi ərazilərində içməli su olmayacaq.

Magistral xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar martın 18-də Naxçıvan şəhərinin bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq.

Fasilə S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar küçələrini, 10 və 11-ci küçələri, Atabəylər, Babək, Əlincə, Azərbaycan məhəllələrini, həmçinin 6, 54, 56, 58, 60 və 61-ci məhəllələri əhatə edəcək.

Bununla yanaşı, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində də su təchizatında müvəqqəti məhdudiyyətlər olacaq.

Təmir-bərpa işləri gün ərzində yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA