Ədliyyə Nazirliyini məhkəməyə verirlər

img

03-07-2012 [01:02]


Vətəndaş Hüquqları İnstitutu (VHİ) Ədliyyə Nazirliyini məhkəməyə verir. Bu barədə VHİ-nin ictimai əlaqələr departamentindən məlumat verilib. Məlumatda qeyd olunur ki, Ədliyyə Nazirliyi VHİ-ni qeydiyyata almaqdan imtina edib və Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və Vətəndaş Vəziyyəti İdarəsinin rəisi Rahim Rəhimovun imzasıyla birliyə daxil olan məktubda bunlar bildirilib: ?Bildiririk ki, ?Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında? Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası onun nizamnaməsi ilə müəyyən edilir. Lakin, təqdim edilmiş nizamnamədə üzvlüyə qəbulun şərtləri, eləcə də ondan çıxma qaydası müəyyən edilməmişdir?. VHİ-nin təsisçilərindən olan Bəşir Süleymanlı göstərilən iradların əsassız olduğunu deyib: ?Nizamnamənin beşinci fəslinin bütün bəndləri adı çəkilən məsələyə həsr edilib. Həm üzvlüyə qəbul, həm də üzvlükdən azad olunma barədə kifayət qədər aydın maddələr öz əksini tapıb. Sadəcə nazirlik qeydiyyat sənədlərində ?iradlar? tapa bilmədiyi üçün nizamnamədə əksini tapan məsələ ilə bağlı imtina məktubu göndərib. Təbii ki, biz bununla razılaşmırıq və məhkəməyə müraciət edəcəyik?. Bəşir Süleymanlı Ədliyyə Nazirliyinin bu münasibətini özünə qarşı ayrı-seçkiliyin bariz nümunəsi olduğunu vurğulayıb: ?Bu günə kimi 6 ictimai birliyin təsisçisi olsam da, heç biri dövlət qeydiyyatına alınmayıb. Sənədlər müxtəlif bəhanələrlə geri qaytarılır. Yalnız Seçki Monitorinq Mərkəzi (SMM) qeydiyyata alındı və əsassız iddialarla 104 gündən sonra qeydiyyatı ləğv edildi. Bu bizim birləşmək hüququmuzun pozulması, o cümlədən bizə qarşı olan siyasi ayrı-seçkiliyin göstəricisidir?. B.Süleymanlı hesab edir ki, adıçəkilən nazirlik ictimai birliyi qeydiyyata almaqdan imtina etməklə Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci maddəsi və ?İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında? Avropa Konvensiyasının 11-ci maddəsində nəzərdə tutulmuş birləşmək azadlığı hüququnu pozub və birləşmək azadlığı ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edib. Qeyd edək ki, VHİ 2011-ci il aprelin 2-də təsis edilib. Birliyin əsas məqsədi vətəndaş hüquqları barədə maarifləndirmə işi aparmaq, vətəndaşların hüquqlarını müdafiə etmək və pozulmuş hüquqlarla bağlı ictimai müzakirələrin keçirilməsinə yardım etməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA