Mirzə Sakit: ?Ictimai Palata "Pompeyin axırıncı günüdür"

img

01-07-2012 [11:52]


[b]?İllərlə AXCP-də canını qoyan və potensialı olan insanlar kənarda qaldı, Razi Nurullayevi küçədən tutub gətirərək sədr müavini qoydular?.[/b] [b]?Əli Kərimli yaxın silahdaşını arxadan bıçaqla vura biləcək xüsusiyyətə malik adamdır. Mən keçmiş AXCP üzvü olaraq, kürəyimdə şəxsən Əli Kərimlinin vurduğu bıçağın zərbəsini gördüm?.[/b] [b]Müxalifət ?Eurovision? ərəfəsində aktivlik nümayiş etdirsə də, hazırda passiv mövqedə dayanıb. Hakimiyyət əleyhdarlarının bu passivliyi isə bəzi müxalifətçilər tərəfindən qəbul olunmur. Bu barədə ?Reytinq?ə müsahibə verən satirik şair, İctimai Palatanın üzvü Mirzə Sakit sərt fikirlər səsləndirib.[/b] - Müxalifət ?Eurovision?u yola vermək üçün 20-ci sahədə iki dəfə mitinq keçirməklə, əslində, hakimiyyətə böyük yaxşılıqlar etdi. Amma müxalifətin problemi və yanlışlıqları bununla bitmir. Müxalifət AXC dövründə kadr yanlışlığı etdiyi kimi, indi də bəzi partiyalarda həmin tendensiya davam edir. Məsəlçün, illərlə AXCP-də canını qoyan və potensialı olan insanlar kənarda qaldı, Razi Nurullayevi küçədən tutub gətirərək sədr müavini qoydular. Bu və bu kimi yanlış siyasətlə milyardları olan hakimiyyəti kənarlaşdırmaq bir az çətinləşir. Nəzərə alaq ki, Razi Nurullayevdən və bəzilərindən müxalifətin yox, nədənsə hakimiyyətin qoxusu gəlir. Sizə bir şeyi də deyim ki, onun müavin təyin olunması partiyada çoxsaylı insanların narazılığına səbəb oldu. Lakin nəzərə alsaq ki, partiyanın hal-hazırkı durumunda diktatura hökm sürür, deməli, o narazılıqlar ancaq pıçıltılarla müşayiət olundu. [b]- Belə çıxır ki, AXCP-də diktatuta hökm sürür, Əli Kərimli də diktatordur?[/b] - Bəli, amma nəzərə alsaq ki, bu diktatura hələ ki, müxalifət qazanındadır. Deməli, bunlar hakimiyyətə gəlsələr, bu diktatura böyuk tiyanda qaynayacaq. [b]- Yəni Əli Kərimli hakimiyyətə gəlsə, vəziyyət indikindən də iki qat pis olacaq?[/b] - Mən iki qat pis dəməzdim, bu qatların sayının yeddi təbəqədən də ibarət ola bilər. Tam açıq deyim ki, AXCP-də çox ləyaqətli insanlar var ki, bu adamlar bəzən susmaqla ömürlərini yola verirlər. Ancaq həqiqəti bilə-bilə o həqiqəti hakimiyyətdəkilər kimi pıçıltı ilə danışılarsa, demək bunlar hakimiyyətə gəlsələr, Azərbaycandakı diktatura dünyada birinci yerə çıxacaq. Əli Kərimli yaxın silahdaşını arxadan bıçaqla vura biləcək xüsusiyyətə malik adamdır. Bilirəm, mənim zaman-zaman dediklərim tənqidi fikirlər bəzilərini üstümə cumdurmaq üçün sosial-şəbəkələrdə saxta profil həddinə qədər cılızlığa gedib "qalib" görkəm alanları qəzəbləndirir. Lakin həqiqətin bir olan üzünü danmaq, ən azından insanlıqdan kənarlaşmaqdır. Son Parlament seçkilərində Blok mənim namizədliyimi 46 saylı Şirvan seçki dairəsindən irəli sürmüşdü. Şirvanda mənim AXCP-dən olan nümayəndələrim imza vərəqələrimi qəsdlə gecikdirdilər və mənim namizədliyim qeydə alınmadı. Sonra nümayəndələrimdən biri açıq şəkildə mənə bildirdi ki, sən 2 gün öncə Əli Kərimlini tənqid etmisən və sonra əlavə olaraq, dedi ki, mənə AXCP-nin yüksək dairələrindən zəng edib dedilər ki, onun işini əngəllə. Mən dərhal Bakıya qayıdıb, AXCP seçki komissiyasının sədri Rövşən Quliyevə və Gözəl Bayramlıya bu haqda məruzə etdim. Onlar da mənimlə elə danışdılar ki, sanki bu işdə günhakar mən olmuşam. Hətta o zaman bu saxtakarlıq haqda RATI-də mətbuat konfransı keçirdib, bunların hərəkətləri haqda ictimaiyyəti məlumatlandırmaq istəyirdim. Çox nüfuzlu bir nəfər bu mətbuat konfransını keçirməmək haqda məndən xahiş etdi. Bütün bunlara görə, deyirəm ki, bu ağılla, bu təfəkkürlə hakimiyyətə gəlməyi düşünənlər, doğurdan da nadanlardılar. Hakimiyyətə gəlmək üçün ilk növbədə xalqın rəğbətini qazanmaq lazımdır. Biz bilirik ki, bu xalq hazırkı hakimiyyəti qətiyyən sevmir, hədsiz nifrət ədir, amma eyni zamanda bu qəbildən olan muxalifətə də inanmır. Mən keçmiş AXCP üzvü olaraq, kürəyimdə şəxsən Əli Kərimlinin vurduğu bıçağın zərbəsini gördüm. Lakin o kürəkdə elə bir sehr var idi ki, zərbə çox ağılsız şəkildə vurulduğundan bıçağın tiyəsi qayıdıb Əli Kərimlinin öz sinəsinə elə dəydi ki, arxası üstə yerə sərilməli oldu. [b]- Bu gün AXCP də, Əli Kərimli də təzyiqlərə məruz qalır. Belə bir məqamda Sizin də hücumlarınız bir qədər ədalətsiz olmurmu?[/b] - Mən bu sözləri ona hücum məqsədilə demədim. Dediklərimin hamısı həqiqətdir, həqiqəti də qəbul etməmək haqsızların boynunda qalsın. Mən Əli Kərimliyə qoşulub, bu hakimiyyətə qarşı hücum edirdim. Baxmayaraq ki, bu gün də bacardığım qədər bu hakimiyyətə hücum edirəm, lakin yuxarıda dediyim kimi, yanlışlıq o oldu ki, arxamda dayanan adamın kimliyini bilmədim. [b]- Müxalifətdə təkcə Əli Kərimlidən narazısız, yoxsa digər lidelər barədə də nəsə dəyə bilərsiz?[/b] - Bütün müxalifətdə olan insanlarla normal münasibətim var. Elə məsələlər olur ki, bəzən kiminsə təcrübəsizliyini xəyanət kimi qiymətləndirmək gunah olar. Bəzən mənə deyirlər ki, sən öz şəxsi məsələnə görə Əli Kərimli haqda belə aqressiv danışırsan. Nəzərə alsaq ki, mənim ailə üzvlərimin sayı yeddi nəfərdən ibarətdir və o yeddi nəfər cəmiyyətin üzvləridirlər. Əgər hörmətini saxladığın bir insan ki, yeddi nəfərə qarşı belə ədalətsiz addımlar atırsa, onda onun hansı ədalətindən danışmaq olar? Isa Qəmbərlə çox yaxın dost münasibətlərimiz var və ona olan simpatiyamı heç vaxt gizlətməmişəm. Mənim Isa Qəmbərdən umacağım bir o ola bilər ki, fəaliyyətlərini genişləndirib nəyəsə nail olsunlar. Bu haqda onun özündən də bir vətəndaş kimi tələb etmişəm. Mirmahmud ağa ilə Iqbal Ağazadə ilə də çox isti münasibətlərimiz davam edir. İsa Qəmbərdən də bu tələbi ona görə etmişəm ki, mən həmişə xalqın içində olan adam olmuşam və xalqın fikri ilə razilaşmamaq olmur. [b]- İctimai Palata barədə nə deyə bilərsiz, bu qurumu hakimiyyətə real alternativ sayırsınızmı?[/b] - Ictimai Palata "Pompeyin axırıncı günüdür", burada verilən qərarların ölçüsü çayxanada vaxt öldürmək kimi bir şeydir. Ictimai Palata yaranmamışdan öncə təklif var idi ki, bu qurumun adı "Xalq Hərəkatı" olsun. Lakin göründüyü kimi, xalqı hərəkətə gətirmək üçün xalqdan mandat almağın vədəsi deyilmiş. [b]- Əgər İP siz deyən vəziyyətdədirsə, onda bunlar hara gedir?[/b] - Bunların, daha doğrusu, bizim hələlik getdiyimiz yer 20-ci sahədir. Reallıq budur ki, bu hakimiyyət süquta məhkumdur, çünki qanunların işlək mexanizmi sıfırdadır. Eyni hal muxalifətdədir, çünki bütün bu halların kökündə dəhşətli yanlışlıqlar dayanıb. IP-in perspektivi Milli Məclisin "obyektiv" fəaliyyətinə bərabərdir. Hər ikisi eyni statusa malikdir, baxmayaraq ki, mən özüm bu gün də IP-in üzvüyəm. Amma gəlin nəzər yətirək, IP-in 400-ə qədər üzvü var, mitinqlərdə həmin 400 nəfərin neçəsi iştirak edir? Demək olar ki, on faizi. Həmin 10 faiz də ki, dediyim kimi, illərlə mübarizədən yorulmayan fədakar insanlardılar. 2005-ci ildə "Qələbə" kinoteatrının önündəki mitinqlərdə dostumuz Pənah Hüseyn tribunadan haray təpib deyirdi ki, "Ya Azad seçki, ya da Inqilab". Amma gördüyümüz kimi, nə azad seçki oldu, nə də inqilab. Əvəzində isə Pənah bəyin mandatı cibində cağbacağ məskunlaşdı. Bu gün də IP-də Pənah bəy nəyinsə məskunlaşmağına çalışır, amma belə olmaz. [b]- Mirzə, qarşıdan 2013-cü il prezident seçkiləri gəlir, bu seçkidə müxalifət nə edə biləcək, uğur qazanmaq mümkündürmü?[/b] - Yeganə çıxış yolu Prezident seçkilərinə qədər xalqın içərisinə girmək və xalqı güclü şəkildə təlimatlandırmaqdır. Hətta mən deyərdim ki, məsələni Prezident seçkilərinə qədər həll etmək lazımdır, çünki seçki yolu ilə hakimiyyətə gəlmək çətin məsələdir. Ən azı ona görə ki, bu hakimiyyətin menyusunda şəffaf seçki anlayışı qeyri-mümkündür. Xalqın bu hakimiyyətə nifrətindən yararlanaraq güclü təbliğata başlamaq lazımdır. Belə hadisələrdə ən güclü silah təbliğatdan başqa yenə təbliğatdır. Qaragüruhçuluqla, 5-10 nəfər eyni adamları xırda zallara yığıb "Eşq olsun", "Ura" dedizdirmək öz-özünü və "Eşq olsun" deyənləri aldatmaqdan başqa bir iş deyil. Ikinci bir məsələ isə ondan ibarətdir ki, bütün müxalifət çəkici bir zindana vurmayana qədər nəyinsə müsbətə doğru dəyişəcəyini düşünənlər, çox sadəlöhvdülər. Insanları bu hakimiyyət kölələşdirməyə cəhd etdi, barı müxalifət kölələşməkdən xilas olsun. Əvəzində isə Xalqımız qazansın. Z.MƏMMƏDLİ #601;r. #351;am v#305;r, #252;sb

Digər xəbərlər
SON XƏBƏRLƏR