Köçkünlərin binasında yenidən güclü yanğın olub

img

01-07-2012 [04:36]


Binəqədi rayonunda bir müddət əvvəl yanğın baş vermiş binada bu gün yenidən yanğın olub. Binada məskunlaşan məcburi köçkünlər bütün ev əşyalarının məhv olduğunu deyirlər. Evsiz qalan məcburi köçkünlərin taleyinə Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsi aydınlıq gətirib. Hadisə rayonun 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım Stansiyası üçün inşa olunan yarımtikilidə qeydə alınıb. Yanğın əsasən binanın altıncı və yeddinci mərtəbələrini əhatə edib. Yanğın nəticəsində həmin mərtəbələrdə yerləşən 2 mənzil tamamilə yararsız hala düşüb, bir neçə mənzilə isə ciddi ziyan dəyib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Onların müdaxiləsindən sonra yanğını söndürmək mümkün olub. Hadisə zamanı xəsarət alan olmasa da, sakinlərin sözlərinə görə, yanğın gecə saatlarında baş verdiyinə görə evdəki əşyaları çıxarmaq mümkün olmayıb. Yanğın eyvanda baş verdiyindən, eyvanlar isə taxtadan olduğundan yanğın tez yayılıb. Sakinlər yanğının hansı səbəbdən baş verdiyindən xəbərsiz olduqlarını deyirlər. Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Elçin Qədimov yanğın nəticəsində yaranan problemlərin yaxın vaxtda həll ediləcəyini bildirdi. Xatırladaq ki, bu həmin binada baş vermiş ilk hadisə deyil. İyunun 13-də həmin ünvanda qeyd olunun yanğın zamanı onlarla ailə mənzillərini itirmişdi. Yanğından sonra yanmış mənzillərin sahibləri yeniləri ilə təmin olunmuşdu. anstv

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA