KiVDF 29 qəzetə maliyyə yardımı ayırdı ? SiYAHI

img

29-06-2012 [08:37]


Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib. KİVDF-dən verilən məlumata görə, Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyində 2012-ci ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsinin dayandığını bildirib. KİVDF icraçı direktoru Vüqar Səfərli iyunun 7-dən 27-dək Fonda, 30 qəzetin layihə təklifi ilə müraciət etdiyini söyləyib. O, Fondun ekspertlərinin 2012-ci ilin I yarımilində apardıqları monitorinqlərin nəticələrinə əsasən, maliyyə vəsaiti ayrılmış bəzi qəzetlərdə müqavilə şərtlərinin pozulduğunu da Müşahidə Şurasının üzvlərinin diqqətinə çatdırıb. Eyni zamanda bəzi qəzetlərin müsabiqəyə saxta sənədlərin təqdim etdiyini və gələcəkdə bununla bağlı qaydaların sərtləşdirilməsi zərurəti yarandığını bildirib. Müzakirələrdə çıxış edən Müşahidə Şurasının üzvləri bundan əvvəlki layihələrin icrasında yol verilən qüsurların aradan qaldırılmasının vacibliyini vurğulayıblar. Müşahidə Şurasının üzvləri qüsur və çatışmazlıqları aradan qaldırmayan qəzetlərə qarşı sərt sanksiyaların tətbiqi ilə bağlı təkliflər də səsləndiriblər. Müzakirələrin yekunu olaraq son 3 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 2000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 750 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlərə maliyyə yardımının ayrılması məqsədəuyğun sayılıb. Müzakirələrdən sonra Müşahidə Şurasının üzvləri Fondla imzaladığı müqavilənin şərtlərinə əməl edən 29 qəzetə maliyyə yardımının ayrılması ilə bağlı qərar qəbul ediblər. İclasda KİVDF-nin maliyyə dəstəyi, ATƏT-in KİV azadlığı üzrə nümayəndəsinin ofisinin və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə bu ilin oktyabr və noyabr aylarında ?İctimai nümayişlərdə KİV əməkdaşlarının təhlükəsizliyi? və ?Jurnalistlərin hökumətin malik olduğu informasiyaya çıxışı? mövzusunda keçirilməsi nəzərdə tutulan seminarlarla bağlı məsələ də müzakirəyə çıxarılıb. Müzakirələrdə çıxış edən Müşahidə Şurasının üzvləri bu mövzularla əlaqədar seminarların təşkil edilməsini vacib sayıblar. Sonda Fond tərəfindən bu tədbirlərin dəstəkləməsi barədə qərar qəbul edilib. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2012-ci ilin II yarısında maliyyə yardımı ayırdığı qəzetlərin siyahısı: 1. "Yeni Azərbaycan? qəzeti - 50 000 manat 2. "Səs? qəzeti - 50 000 3. "Kaspi? qəzeti - 50 000 4. "Mövqe? qəzeti - 50 000 5. "Ədalət? qəzeti- 50 000 6. "Ayna-Zerkalo? qəzeti - 50 000 7. "525-ci? qəzet - 50 000 8. "Bakı-Xəbər? qəzeti - 50 000 9. "Yeni Müsavat? qəzeti - 50 000 10. "Olaylar? qəzeti - 50 000 11. ?Ekspress? qəzeti - 40 000 12. "Paritet? qəzeti - 30 000 13. "Palitra? qəzeti - 30 000 14. "Azadlıq? qəzeti - 30 000 15. "Paralel? qəzeti - 30 000 16. "Həftə İçi? qəzeti - 30 000 17. "Azad Azərbaycan? qəzeti - 30 000 18. Şərq qəzeti - 30 000 19. "Xalq Cəbhəsi? qəzeti - 30 000 20. "Futbol+Qol? qəzeti - 30 000 21. "Üç Nöqtə? qəzeti - 20 000 22. "Novoye Vremya? qəzeti - 20 000 23 . "Olimpiya Dünyası?qəzeti - 15 000 24. "Oxu Məni? qəzeti - 10 000 25. "Azernews? qəzeti - 10 000 26. "Reytinq? qəzeti - 8 000 27. "Təhsil Problemləri? qəzeti - 5 000 28. "The Business Times? qəzeti - 5 000 29. ?Bütöv Azərbaycan? qəzeti - 5 000

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:34 23.05.2025

Sabah yağış yağacaq