SOS: Goranboy və Naftalan camaatı sel sularından qaçır (yenilənib)

img

29-06-2012 [03:11]


Bu dəqiqələrdə Azərbaycanın Goranboy və Naftalan rayonlarının bir sıra kəndləri sel sularının altında qalmaqdadır. Nəticədə camaat evindən-eşiyindən didərgin düşərək, canlarını qurtarmağa çalışırlar. Goranboy və Natalan şəhər sakinlərindən mia.az-a verilən həyəcanlı xəbərə görə, güclü yağışlar Naftalanda Qaraçay, Goranboyda isə Goran çaylarında suyun səviyyəsini həddən artıq yüksəldib ki, bu da böyük təhlükə mənbəyi yaradıb: ?Artıq Naftalanın bir hissəsi və ona bitişik kəndlər, o cümlədən Goranboyun Yeni Yol, Qızılhacılı, Qərvənd, Qasımbəyli, Zirvə və digər bir neçə kəndlərin böyük hissəsi sel sularının altında qalıb. Getdikcə suyun səviyyəsi də yüksəlməkdədir. Camaat panika içindədir. Hələ ki əlaqədar qurumlardan hadisə yerinə gələn yoxdur. Camaat kor-təbii şəkildə kəndləri tərk etməkdədir?. Sakinlər deyirlər ki, insanlar mal-qaralarını və ev əşyalarını da çıxarmağa imkan tapmayıblar: ?Camaat ancaq canlarını qurtarmağa çalışır?. Bu həyəcanlı vəziyyətlə bağlı gəlişmələri mia.az-dan izləyin! Son məlumata görə, Goranboy rayonunu əksər hissəsinə elektrik enerjisi təminatı dayanıb. Hal-hazırda hər iki rayonda güclü leysan yağışı davam etdiyindən vəziyyət daha ağır şəkil almaqdadır. Yasayış və qeyri-yaşayıs sahələrinin, həmçinin, 10 hektarlarla əkin sahələrinin su altında bərbad vəziyyətə düşdüyü də bilirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA