Kristofer Ştrasser: ?O məhbuslar tez azad olunmalıdır?

img

28-06-2012 [11:50]


PA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser 89 nəfərlik siyahıya münasibət bildirib. İyunun 26-da AŞPA-nın hüquq məsələləri və insan haqları komitəsi Kristofer Ştrasserin siyasi məhbuslara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini qəbul edib. Qətnamə layihəsində Azərbaycan hakimiyyəti siyasi məhbusları azad etməyə və adamların siyasi motivlərlə həbs olunmamasına şərait yaratmağa çağırılır: ?Azərbaycan hakimiyyəti siyasi məhbus olduqları güman edilən 89 nəfəri tezliklə azad etməyə, ya da onların işlərinə yenidən baxmağa dəvət edilməlidir?. Komitə üzvləri Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzənin oktyabr ayında keçiriləcək sessiyada müzakirəyə çıxarılmasına mövqelərini bildiriblər. 25 deputat məruzənin müzakirəyə çıxarılmasının lehinə, 23-ü isə əleyhinə səs verib. Kristofer Ştrasser ?Azadlıq? radiosuna deyib ki, 89 nəfərlik siyahı nə tamdır, nə də onların hamısı siyasi məhbus sayıla bilməz: ?AŞPA-nın hüquq məsələləri və insan haqları komitəsinin ilk hesabatında 59 adamdan söhbət gedirdi. Onlardan 9-u ötən cümə günü azad olundu. Qaldı 50 nəfər. Onlara 8 nəfər də əlavə olunmalıdır, həmin adamların həbsi və onlarla rəftar hakimiyyətin motivləri ilə bağlı şübhələr doğurur. Bu 58 nəfər mümkün qədər tez azad olunmalıdır. Ancaq indiyə qədər eşitmədiyim və ya gec məlumat aldığım adamlar da ola bilər, hesabatı tamamlamaq üçün lazımi araşdırma apara bilməmişəm?. Kristofer Ştrasser deyir ki, hesabatın bu ilin oktyabrında AŞPA-nın plenar iclasında müzakirəsinədək vaxt var və bu problemin Avropa Şurasının prinsiplərinə uyğun həll olunması üçün hər an hakimiyyətlə dialoqa hazırdır: ?İyunun 26-da keçirilmiş səsvermə Bakıya güclü siqnal olmalıdır. Ümid edirəm ki, bu siqnal eşidiləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA