Senat ABŞ-ın Azərbaycanda səfiri postuna namizədini təsdiqləyib

img

30-06-2012 [03:28]


ABŞ Senatının ümumi yığıncağında Riçard Morninqstarın ABŞ-ın Azərbaycanda səfiri postuna namizədliyi təsdiqlənib. Senatın rəsmi saytında yer alan məlumata görə, R.Morninqstarla yanaşı, ABŞ-ın daha 10 ölkədə səfiri təsdiqlənib. Namizədliyi Senat tərəfindən təsdiqlənən səfir ABŞ Dövlət Departamentində and içdikdən sonra təyinat aldığı ölkəyə yollanır. R.Morninqstarın avqustda Azərbaycana gələcəyi gözlənilir. ABŞ prezident Barak Obama bu il aprelin sonunda Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi R.Morninstarın Azərbaycanda səfiri postuna namizədliyini irəli sürüb. ABŞ Senatının xarici əlaqələr komitəsi iyunun 19-da bu namizədliyi bəyənib. Xatırladaq ki, apreldə prezident Barak Obama ABŞ-ın Avrasiya regionunda enerji məsələləri üzrə xüsusi nümayəndəsi Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini irəli sürüb. Yanvarda Senatdakı erməni lobbisi Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasını əngəlləyəndən sonra bu post vakant olaraq qalır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA