Azərbaycanda silahlı insident baz verib

img

27-06-2012 [11:15]


Samux rayonunda silahlı insident baş verib. Rayon polis şöbəsinin əməliyyat üzrə rəis müavini Babək Sadıxovun verdiyi məlumata görə, insident Samux Dövlət Ovçuluq Təsərrüfatının ərazisində baş verib. Belə ki, naməlum atlılar Samux Dövlət Ovçuluq Təsərrüfatının əməkdaşlarına odlu silahla hədə-qorxu gəliblər. Qoruğun mühafizəçiləri sahə müəffətişi Nofəl Hüseynov, Həsən Rəsulov, Talıb Mehtiyev əraziyə baxış keçirərkən 2 nəfər naməlum atlıların orada gəzişdiyini görüblər. Onların kimliyini müəyyənləşdirmək istəyən ovçuluq təsərrüfatının əməkdaşları müqavimətlə üzləşiblər. Həmin şəxslərdən biri odlu silahla havaya atəş açaraq müfəttişlərə hədə-qorxu gəlib. Bunu görən müfəttişlər ərazidən uzaqlaşıblar və dərhal polisə məlumat veriblər(anspress). Faktla bağlı Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə cinayət işi başlanılıb. Cinayət törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA