Gəncə müzahidə kameraları ilə izlənəcək

img

26-06-2012 [03:22]


Gəncənin əsas küçə və prospektlərində müşahidə kameralarının quraşdırılmasına başlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, yaxın günlərdə istifadə veriləcək sistem polisin əraziləri 24 saat izləməsinə imkan yaradacaq. Kameraların Gəncənin 125 yerində quraşdırılması nəzərdə tutulub. Hazırda əksər nöqtələrə avadanlıqların quraşdırılması başa çatıb. Kameralar vasitəsilə şəhərin giriş-çıxışlarını, əhalinin gur olan ərazilərini və mərkəzi prospektlərinə fasiləsiz nəzarət etmək mümkün olacaq. Artıq bu işləri görəcək yeni əməkdaşlar da işə götürülüb. Təhlükəsiz şəhər sistemini üçün Gəncə Polisində 12 yeni ştat da açılıb. Gəncə şəhər Polis İdarəsinin rəis müavini İlqar Balakişiyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, kameraların quraşdırılması ilə bağlı Nizami RPİ və Kəpəz RPİ, həmçinin DYP Şöbəsində də görüntü sistemi yaradılacaq və orada da əməkdaşlar fəaliyyəti yerinə yetirəcəklər. Təhlükəsiz şəhər sisteminin əsas bazası Gəncə şəhər Baş Polis İdarəsində yerləşdiriləcək və elə nəzarəti də Gəncə polisi həyata keçirəcək. Bununla paralele olaraq DİN də sistemə baxa biləcək. Yeni quraşdırılan müşahidə kameraları ictimai asayişi nəzarətdə saxlamağa kömək etdiyi kimi, yol hərəkəti qaydalarını pozan sürücülərin də müəyyən olunmasına da yardımçı olacaq. Eyni zamanda texniki qurğular şəhər gələn və gedən avtomobillərin nömrələri əsasında qeydiyyat apara biləcək. Qeyd edək ki, təhlükəsiz şəhər sistemi Bakıdan sonra Gəncədə qurulur. Sistemin iyulun 2-də istifadə verilməsi nəzərədə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA